Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi
![](https://static.report.az/photo/c6b68105-a7cc-36ad-bf0e-0ab0e0027b1f_850.jpg)
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, silahlılar "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.
"Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.
PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə qanlı cinayətlər həyata keçirib. Terror təşkilatının üzvləri tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.