Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib


Müxalifətdə olan İşıqlı Ermənistan Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib.



“Report” xəbər verir ki, bu barədə “Qraparak” qəzeti bildirib.

Deputat Edmo Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, “Daşnaksütyun” və Aram Sarkisyanın Respublika Partiyası dəstəkləyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası bu təklifdən imtina edib.

Təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdən kənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülməsi təklif olunur. Təklifdə komissiyaya İnsan hüquqlarını müdafiə ofisinin Ermənistandakı nümayəndəsinin də daxil olması qeyd olunub.

Mütəxəssislər Paşinyan və Sarqsyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymır. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərini araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi də bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın Aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sarqsyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini boyun olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu