Ali məktəblərin açılması barədə qərar veriləcək


“Fevralın 1-dən etibarən 2 həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək”.



"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu