Şuşada Ombudsmanın regional mərkəzi açılacaq


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) daha bir regional mərkəzi fəaliyyətə başlayacaq.



Bunu "Report"un sorğusuna cavab olaraq Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Ombudsman Səbinə Əliyevanın bəyan etdiyi kimi, Müvəkkilin Qarabağ Regional Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Aparat rəhbəri bildirib ki, Mərkəz Şuşada yerləşəcək.

Qeyd edək ki, hazırda Ombudsmanın 4 regional mərkəzi (Gəncə, Şəki, Quba və Cəlilabad) fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu