Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb
Təhsil Nazirliyi ibtidai siniflərdə dərslərin həftədə 3 dəfə keçirilməsi məsələsinə aydınlıq gətirib.
“Report”un xəbərinə görə, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmadan dərslər həftədə 3 dəfə keçiriləcək.
O qeyd edib ki, belə qərar verilməsinə səbəb həmin ərazilərin risk qrupuna aid olması və orada şəhərdaxili hərəkətliliyi azaltmaqdır: “Regionlarda isə əgər sinifdaxili sıxlıq imkan verəcək ki, orada həftədə 3 dəfə dərslər keçirilsin. Əgər hər şey qaydasındadırsa, şagirdlərin tək-tək partalarda oturma şəraiti olsa, o zaman dərslər həftədə 5 dəfə olacaq”.