XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı


Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri - Nurupaşa Abdullayev, Səlim Əlizadə, İlqar Əliyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.



“Report” xəbər evrir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri daha 3 ay uzadılıb.

Qeyd edə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu