Putindən qaçqınların Qarabağa qaytarılması ilə bağlı vacib açıqlama - VİDEO


"Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq”.



Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.

"İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.

V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub:

"Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl icra olunur. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu