Qarabağ işçi qrupunun gündəliyi açıqlandı


Qarabağla bağlı üçtərəfli işçi qrupunun yanvarın 30-da keçiriləcək iclasında bölgədə nəqliyyat infrastrukturunun bərpası məsələsi müzakirə olunacaq.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Rusiya rəsmisi bu görüşlərin məhz baş nazir müavinləri səviyyəsində bundan sonra da keçirilib-keçirilməyəcəyinə dair konkret söz söyləməyib.

Xatırladaq ki, bu il yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan, Vladimir Putin arasındakı görüş zamanı üçtərəfli danışıqlar formatı yaratmaqla bağlı razılıq əldə olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu