2019-cu ildə "Azərsu" ASC-nin yekun zərəri 592.5 mln. manat olub


2019-cu maliyyə ilinin nəticələrinə görə "Azərsu" ASC-nin yekun zərəri 592.5 mln. manat olub.



AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, satışların maya dəyəri və bütün digər əməliyyat xərcələri birlikdə 800 mln. manat ətrafında dolaşıb: "Ümumi gəliri 200 mln. manatdan bir az çox olub. Nəticədə 600 mln. manata yaxın əməliyyat zərəri yaranıb. İndi də deyək tarifləri 2 dəfə artırmaqla zərərinizn 200 mln. manata yaxın hissəsini xalqdan çıxardınız, bəs hazırkı xərcləmələrlə 400 mln. manatlıq yerdə qalan zərəri neynəyəcəksiniz?! Yenə də büdcədən nasos kimi sorma davam edəcəkmi? Bəs xətləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın ki? Bu qurum hansı gün üçün yaradılıb?"
R.Ağayev qeyd edib ki, ekspert qrupu dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyilə bağlı araşdırmalar aparıb: "Nəticələri 6 ay əvvəl dərc elədik. Hesabatlılıq və şəffaflıq çox aşağı səviyyədə, korporativ idarə etmə yox, ictimai nəzarət imkanı ümumiyyətlə yox. Belə şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ilə bağlı quru statistik rəqəmlər ictimai güvən qazana bilməz. Normalda heç olmazsa Hesablama Palatası Türkiyə nümunəsində olduğu kimi, hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər - bu da yoxdur.
Ona görə də tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil - xərclərin optimllaşdırılması baş verməyincə, bu şirkətləri büdcənin boynundan endirmək mümkün olmayacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu