Yanvarda “Urals” neftinin orta qiyməti 12 % ucuzlaşıb


Bu ilin yanvar ayında “Urals” markalı neftin bir barelinin orta qiyməti 54,41 ABŞ dolları təşkil edib.



“Report”un “İnterfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Ötən ilin analoji dövründə onun bir barelinin qiyməti 61,67 ABŞ dolları olub. Beləliklə, “Urals” nefti bir ildə 11,77 % ucuzlaşıb.

“Enkorr” saytının məlumatına görə, 2020-ci ildə “Urals” neftinin bir barelinin orta qiyməti 2019-cu ilin göstəriciləri ilə müqayisədə 34 % ucuzlaşaraq 41,73 ABŞ dolları təşkil edib. 2019-cui ildə bu neftin bir bareli 63,59 ABŞ dolları qiymətə satılıb.

Xatırladaq ki, 2020-ci ilin yekununa görə, Rusiya ixrac neftinin qiymətinə bağlı olan “Brent” neftinin qiyməti təxminən 20 % ucuzlaşı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu