Bir neçə aksizli malların dərəcələrinin artırılması ilə bağlı layihə I oxunuşda təsdiqləndi


Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.



"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə siqarillanın (nazik siqarlar) 1 000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu