Ermənistan sərhədin Qazax istiqamətində təxribat törədib, atəşkəs pozulub
![](https://static.report.az/photo/97998c21-4c9b-3dbf-b767-a4bcbdd73a5e_850.jpg)
Bu barədə AFN-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.