Gürcüstan parlamenti 51 deputatla bağlı qərar qəbul etdi


Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı məsələni dəstəkləməyib.

“Report”un yerli bürosu xəbər verir ki, hər bir deputatla bağlı məsələyə ayrıca baxılıb və onların heç biri ilə bağlı müsbət qərar qəbul olunmayıb.

Beləliklə, müxalifət formal olaraq qanunverici orqanda qalır.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentində 150 deputatın əvəzinə 96 deputat təmsil olunur. Müxalifətə məxsus 60 kürsünün yalnız 6-sı tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu