Ermənistanın "silah baronu" həbs edilib


Ermənistan silahlı qüvvələrini silahla təchiz edən “Patron Davo” ləqəbli iş adamı David Qalstyan həbs olunub.


“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Yerevan məhkəməsində istintaq orqanının biznesmenlə bağlı vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və D.Qalstyan barəsində həbs qərarı çıxarıb.

Qeyd edək ki, D.Qalstyan Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanı fevralın 1-də onu saxlayıb. Məlumata görə, “Patron Davo”nun şirkəti Nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. Bir müddət əvvəl MTX D.Qalstyan barəsində cinayət işinin başladığına dair məlumat yaymışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu