BMT Navalnıya çıxarılan hökmdən “narahat oldu”


BMT-nin İnsan Hüquqları Bürosu Rusiya məhkəməsinin Aleksey Navalnı ilə bağlı məhkəmə qərarına münasibət bildirib.



Qaynarinfo xəbər verir ki, təşkilat hökmün "dərin narahatlığa səbəb olduğunu" qeyd edib.

Bundan əvvəl müxalifətçiyə verilən cəza ABŞ Dövlət Departamenti, ATƏT və Almaniya və Fransa da daxil olmaqla bir sıra AB ölkələri tərəfindən qınanmışdı.

Xatırladaq ki, 2 fevralda Moskvada məhkəmə Navalnının şərti cəzasını ləğv edərək "İv Roşe” işində 3,5 il real həbs cəzası kəsib. 2014-cü ildə Navalnı və qardaşı Oleq mənimsəmədə təqsirli biliniblər. Siyasətçi günahkar olmadığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu