Azərbaycanda pandemiyaya görə təcili tibbi yardıma çağırışların sayı artıb


"2019-cu il ilə müqayisədə 2020-ci ildə təcili və təxirəsalınmaz tibbi yardım çağırışları 82% artıb".

"Report"un xəbərinə görə, bunu ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

"İcbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artması təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının ümumi sayına da öz təsirini göstərib", - Z.Əliyev əlavə edib.

Agentlik sədri həmçinin icbari tibbi sığortanın tətbiqindən sonra stasionar və təcili yardımda bütün dərmanların verildiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu