İctimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilib
AFN xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir.
İctimai iaşə müəssisələrində yerində xidmətin bərpa olunması ilə bağlı yoxlama-nəzarət tədbirlərinin miqyası daha da genişləndirilib. Aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandığı halda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçiriləcəkr.