Ötən il “Nar”ın 777 mərkəzinə 2,5 milyondan çox müraciət olub


Koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən karantin rejimi müddətində “Nar" müxtəlif kanalları vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib.



Şirkətdən AFN-ə verilən məlumata görə, 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Qeyd edək ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 93%-lik yüksək göstəriciyə nail olub.

“Nar+” tətbiqinin onlayn çat xidmətinə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Tətbiq bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır. Bundan başqa “Nar”ın rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.

Xüsusi karantin rejimində abunəçilərə evlərini tərk etmədən "Nar" mərkəzlərindəki bir çox xidmətləri təqdim edən “Səyyar Nar” vasitəsilə 400-ə yaxın müştəriyə birbaşa ünvanlarında xidmət göstərilib. Qeyd edək ki, abunəçilər evlərini tərk etmədən SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları, ASAN İmza xidmətinin aktiv edilməsi və digər xidmətlər üçün “Səyyar Nar”a müraciət edə bilərlər. narsim.az vebsaytı üzərindən isə 7500-də artıq abunəçi almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən yararlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu