Bakı tələb etdi, Xocavənddə Njdenin heykəli söküldü
Axar.az erməni mediasına istinadən xəbər verir ki, heykəl artıq demontaj edilib.
“Njdenin abidəsi azərbaycanlıların tələbi ilə sökülərək, Tarix Muzeyinə aparılıb”, - deyə Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan bildirib.
Erməni jurnalist Nairi Ohikyan isə Feysbuk hesabında faşist abidənin şəkilini yayımlayaraq, bu barədə danışıqların aparıldığını bildirib:
“Azərbaycan abidəmizin sökülməsini tələb edir, Rusiya sülhməramlıları isə məsuliyyəti üzərinə götürmək istəmir. Məsələ yalnız kabinetlərdə müzakirə olunsa da, aydındır ki, Azərbaycan istədiyinə nail olacaq, çünki Ermənistan tərəfindən adekvat cavab yoxdur”.