Ramiz Mehdiyev "Heydər Əliyev" ordenindən məhrum ediləcək - "YAP-da müzakirələr gedir"


Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum ediləcəyi gözlənilir.



AFN sfera.az-a istinadən xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib. O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir.

"Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu məsələnin yaxın günlərdə qaldırılacağı gözlənilir", - deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin 23 oktyabrında R.Mehdiyevin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün Prezident R.Mehdiyevi qəbul edərək ona ordeni təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu