İnfeksionist: "CoronoVac" vaksininin heç bir təhlükəsi yoxdur"


"Dövlət qurumlarının əməkdaşlarına "CoronoVac" vaksini vurulur".

"Report"un xəbərinə görə, bunu Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının əməkdaşı, infeksionist Maisə Heybətova deyib.

Onun sözlərinə görə, bu vaksinin heç bir təhlükəsi yoxdur: "Həkimlərimizə də "CoronoVac" vaksinindən vurulub. Bununla bağlı bizə heç bir şikayət də daxil olmayıb".

Yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

İlkin mərhələdə dövlət xəstəxanalarında vaksinasiya aparılıb. Vaksin “soyuq zəncir” şəraitinə uyğun olaraq saxlama məntəqələrində qorunar.

Azərbaycanda birinci mərhələdə yüksək risk qrupuna daxil olan şəxslərə peyvənd vurulub. COVID-19-a əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

1-ci mərhələ - Səhiyyə işçiləri;

65 yaşdan yuxarı şəxslər;

Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu