Hande Harmancı: "Nə qədər çox insan vaksinasiyadan keçsə, pandemiya ilə mübarizə o qədər effektiv olar"
“Bu gün birinci doza vaksinasiyadan keçdim. Vaksindən sonra işə getdim, hazırda yaxşıyam”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib: “Nə qədər çox insan sürətli şəkildə vaksinasiyadan keçsə, pandemiya ilə mübarizə o qədər effektiv olar. Hər kəsi mümkün olduğu zaman peyvənd olunmağa dəvət edirəm”.