Hüseyn Həsənovun maşınından 1 milyonluq oğurluq edildi - VİDEO


Tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun maşınından oğurluq edilib.



BAKU.WS xəbər verir ki, bu barədə bloger şəxsi "Instagram" səhifəsində bildirib.

Həsənovun sözlərinə görə, o Moskvanın mərkəzində restoranlardan birinin yaxınlığında maşınını saxlayıb və görüşə gedib.

Geri qayıdanda bloger avtomobilinin şüşələrinin sındırıldığını görüb. Məlum olub ki, onun maşınından çantasını, noutbukunu, pulunu və sənədlərini oğurlayıblar. Oğurlanan əşyaların ümumi qiyməti 1 milyon rubl (23 min AZN) qiymətləndirilir.

Hüseyn Həsənov oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu