Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA/FOTOLAR
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
AFN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd olunub ki, sülhməramlılar 27 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs rejiminə bütün təmas xətti boyunca əməl olunur. Bununla yanaşı Rusiya sülhməramlıları vətəndaşların daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edirlər.
Pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətlərində planlı şəkildə təlimlər keçirilir.
Bütün müşahidə məntəqələri hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub.