Rusiyada daha 470 nəfər koronavirusdan ölüb
![](https://static.report.az/photo/ad763e28-8d8b-3dec-98a2-7706476c9b48_850.jpg)
Rusiyada son bir gündə daha 13 433 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 139 031 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 82 396-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 679 949 nəfər sağalıb.