Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib
![](https://static.report.az/photo/98b39f9d-26db-3ed0-8d3c-572d1e3a4ca2_850.jpg)
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin ölkədəki vəziyyətlə bağlı yaydıqları birgə bəyanatda bildirilib.
“Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”, - bəyanatda vurğulanıb.
Güc strukturları bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan istənilən fəaliyyətə adekvat cavab verəcək.