İlham Əliyev: "Sarqsyan vəd vermişdi ki, işğalda olan əraziləri bizə qaytaracaq"
AFN-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Bizim gələcəklə bağlı dəqiq mövqeyimiz var. Bu gün biz istənilən inteqrasiya hadisəsinə hazırıq. Müharibədən qabaq nəzarət edilən ərazilərdə, təxminən, 60 min adam yaşayırdı. Biz bu rəqəmləri havadan götürməmişdik. Peyk nəzarəti ilə əldə etdiyimiz rəqəmlər idi. Biz müharibədən əvvəl də bilirdik ki, orada nələr baş verir.
Rus tərəfi ilə razılığa gəlmişik ki, xaricilər bizim razılığımızla ora keçə bilərlər. Lakin bəzən pozulma halları baş verir. Hər şey nəzarət altındadır və belə də davam edəcək", - dövlət başçısı əlavə edib.