Avropa İttifaqı Gürcüstana vaksin əldə etməyə dəstək olacaq
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel deyib.
Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi görüşdən sonra o, peyvəndin ölkəyə tezliklə çatdırılacağına ümidvarlıq ifadə edib.
Ş.Mişel qeyd edib ki, Aİ pandemiya şəraitində bundan sonra da Gürcüstana qəti dəstəyini göstərəcək.