Mərkəzi Bankın valyuta ehtiyatları azaldı
![](/uploads/posts/2021-03/1614672406_412376024.jpg)
Mərkəzi Bankın fevral ayının sonuna olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 367,6 milyon ABŞ dolları olub.
AFN xəbər verir ki, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 2020-ci ilin eyni dövründə 6 milyard 400,9 milyon ABŞ dolları olub.