Gürcüstan müxalifəti etiraz aksiyalarını dayandırdı


Gürcüstanın müxalifət partiyaları etiraz aksiyalarını müvəqqəti dayandırıblar.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb müxalifət və iqtidar arasında aparılan danışıqlardır.

Müxalifət təmsilçiləri bildiriblər ki, hakimiyyətə dialoqu dayandırmaq üçün əlavə səbəb vermək istəmirlər.

Qeyd edək ki, müxalifət liderləri və tərəfdarları martın 5-nə hökumət binası önündə piket, martın 13-nə isə genişmiqyaslı nümayiş təyin etmişdilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu