Ermənistanda keçmiş hərbçilər etiraz aksiyalarına başlayır
Ermənistanda ehtiyatda olan hərbçilər martın 6-da ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirəcəklər.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə bir qrup keçmiş hərbçinin müraciətində bildirilib.
Məqsəd baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyana dəstək verməkdir.
Onlar Ermənistan ordusunun veteranlarını, keçmiş hərbçiləri mitinqdə iştirak etməyə çağırıblar.