Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq
![](https://www.gununsesi.info/wp-content/uploads/2020/08/15592957595786824654_1000x669.jpg)
Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman Naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib.
O bildirib ki, ötən gün Azad Rəhimovla danışıb və hazırda nazirin səhhəti yaxşıdır.