DİQQƏT! Azərbaycanda bu qadağa 6 mart saat 00:00-dan etibarən qüvvəyə minir


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.



AFN xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

"8 Mart - Beynəlxalq qadınlar günü qeyri-iş günü olduğundan ictimai nəqliyyat bütün ölkə üzrə ardıcıl olaraq üç gün işləməyəcək", - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu