Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilə bilər


Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.



AFN-in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

"Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”, - sənəddə qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu