İctimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı işlər görülür
Mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq, bu sahədə yeni tarif mexanizminin tətbiqi üçün ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırlıq işləri görülür.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında qeyd olunub. Sənəddə bildirilib ki, ölkəmizdə ictimai nəqliyyatda (şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus nəqliyyatında) sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən vahid standart tariflərin tətbiqi siyasəti nəzərə alınmaqla həyata keçirilir.