Koronavirus Azərbaycanda ən çox hansı bölgələrdə yayılıb - SİYAHI
AFN xəbər verir ki, yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür.
Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir.