Koronavirusa görə daha bir məktəb bağlandı


Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb COVID-19 səbəbindən bağlanıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, tədris ocağını 1 müəllim və 1 texniki işçisində COVİD-19 virusu aşkar edildiyi üçün bağlanıb.

Bildirilir ki, məktəb iki həftə bağlı qalacaq və aidiyyatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlayacaq. Hazırda dərslər onlayn keçirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu