Ermənistan ordusunun Baş Qərargah rəisi istefa verdi
“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.
“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o qeyd edib.
O.Qasparyan konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.
Baş Qərargah rəisi başqa statusla Silahlı Qüvvələrdə xidmət etdiyini bildirib. O yeni vəzifəsi barədə məlumat verməyib.