YAP-da Qadınlar Şurasının əvəzinə yeni şöbə yaradılıb
![](https://static.report.az/photo/01728277-8aac-3b38-905f-b1c3e532fe42_850.jpg)
"Report"un əldə etdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.
Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.
YAP-ın VII qurultayı martın 5-də keçirilib.