İKİ həftəlik SƏRT KARANTİN tətbiq ediləcək? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15 -dən yenidən qapadılmanın olacağını deyirlər. Bununla yanaşı mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər.



Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır.

Bununla bağlı sonxeber.az-a AHİB- nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib. Həkim qapadılmanın zəruriliyindən danışıb:

"Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu