Əfv Komissiyasının sonuncu iclasının vaxtı açıqlanıb
![](https://static.report.az/photo/606d98a0-d9a4-4b19-bfd7-731f090b86d8_850.jpg)
"Report"un əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısı martın 17-də keçiriləcək.
Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.
Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.