Cəbrayıl polisi qadın və onun tanışından narkotik götürdü


Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova tutulub.

Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu