"YAŞAT": Bu günədək 2 133 yaralının müraciəti qeydə alınıb
AFN xəbər verir ki, fond tərəfindən indiyədək 2 775 şəhid ailəsi ziyarət olunub.
Eyni zamanda, bu günədək 4 882 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2 133 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13 692-dir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.