Bu həftə məktəblərdə dərslər dayandırılır? -


Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məlumatı təsdiqləyiblər. Bildirilib ki, məktəb bu gündən etibarən fəaliyyətini dayandırıb.


Bundan başqa, Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə distant formada davam etdiriləcək.

Bunaq qədər də artıq bir neçə təhsil müəssisəsi koronavirus səbəbindən bağlanıb və təhsil distant formaya keçirilib.

Bu səbəbdən də sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı söz-söhbət səngimir. Artıq bu məsələyə bir neçə dəfə rəsmi münasibət öyrənsək də, növbəti dəfə buna toxunmağa məcbur olduq.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxlanıldı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

"Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki,, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək.

Hazırda Azərbaycanda dərslər öz axarı ilə davam edir. Ölkədə 4400 çox məktəb var. Bu məktəblərin hansındasa virus aşkarlananda, dərhal müəyyən edilir. Bununla bağlı müasir qaydada tədbir görülür. Dərslər distant formaya keçirilir.

Belə lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.

Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır.

O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, Azərbaycanda da belədir”, - deyə Cəsarət Valehov bildirib.

Məktəblərdə vəziyyətə nəzarət etmək üçün hansı tədbirlər görülməlidir?

Mövzuya aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Mütəxəssis BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı.

"İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam.

Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermis təhsil müəssisələrində həyata keçirilməsi lazımdır.

Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”, - deyə Kamran Əsədov bildirib.

Ekspert deyir ki, virus yayılan məktəblərin sayı elə də böyük deyil:

"Hazırda ölkəmizdə 4447 orta məktəbdən 4427 si fevral ayında qismən tədrisi bərpa edib və bu müddətdə yoluxma hallarına görə distanda keçən məktəblərin sayı 15 – i ötüb. Amma bu böyük rəqəm deyil. Hesab edirəm ki, bir məktəbdə yoluxma hallarına görə bütün nməktəblərin bağlanması effektiv deyil.

Düzdür, dünyanın 65 ölkəsi tədrisi bərpa etdikdən sonra yoluxma hallarının artmasına görə tamam distan təhsilə keçdilər”.

Kamran Əsədov deyir ki, distant təhsilə keçmək effektiv deyil:

"Çünki bütün şagirdlərin elektron resurları yoxdur və bütün fənlərin onlayn qaydada tədrisi mümkün deyil.
Bundan başqa onyaln drəslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır.

Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq.

Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

Onlayn dərs ilə müqayisədə həftədə 2-3 gün dərsin bərpası olduqca əhəmiyyətli bir addımdır. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu addım uğurludur. Çünki şagirdlər başa düşmədikləri mövzuları dərsdə soruşa bilir.

Yoluxma sayı hərəkət məhdudiyyətlərinə gətirib çıxaracaq. Məndə olan məlumata görə 400 mindən çox insan artıq koronavirusa görə vaksinasiya olunub.

Bu ciddi rəqəmdir və təbii ki, yoluxmaya təsir edəcək. Yoluxanların artım dinamikası artan istiqamətdə davam edir.

Bu gün ölkə ərazisində 4447 orta ümumtəhsil məktəbindən 4429-u hazırda fəaliyyətini davam etdirir. Birdən-birə bütün məktəblər bağlana bilməz. Bu fəsadlara gətirib çıxara bilər.

Hansı məktəblərdə yoluxma halları varsa, həmin məktəbdə birmənalı şəkildə tədris prosesi dayandırılmalıdır. Məsələn, Bakıda bir məktəb virus səbəbilə bağlanıbsa, digər məktəblərin bağlanmasına ehtiyac yoxdur.

Onsuz da məktəbə daxil olan bütün şagirdlərin hərarəti yoxlanılır, əgər şübhəli hal aşkarlanarsa, o tədris prosesindən kənarlaşdırılır.

Düşünürəm ki, bu ən yaxşı mübarizə üsuludur. Hər dəfə yoluxma sayı azalanda məktəbləri açıb, çoxalanda bağlasaq keyfiyyətli tədris prosesi qura billmərik.

Mənim proqnozuma görə, yoluxma artarsa bundan sonra 30-dan çox məktəbin bağlanma ehtimalı var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu