Baş Prokurorluq: General-leytenant Rövşən Əkbərov həbs olunub


Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən AFN-in sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbsi barədə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda Rövşən Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçildiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu