Daha bir zabitimizin şəhid xəbəri gəldi - FOTO


Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.


"Qafqazinfo" xəbər verir ki, söhbət leytenant Abdullayev İntiqam Allahverdi oğlundan gedir.

1988-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb. Onun cənazəsi sabah Bakıdan ilk reyslə Naxçıvan Muxtar Respublikasına aparılacaq.

Qeyd edək ki, Abdullayev İntiqam Ordubadın Düylün kəndindəndir. Müharibə vaxtı zabitimizin sənədləri ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu