BNA Zabrat yolunda uçan işıqforu 8 günə bərpa edə bilməyib - FOTOLAR

Fotolarda Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 6 ünvanıdır.
AFN xəbər verir ki, "Zabrat yolu, 1-ci işıqfor", "Bolmart"ın qarşısı deyə tanınan ərazidə martın 10-11-də külək işıqforu aşırıb. Yol çoxzolaqlıdır, sıx hərəkətlidir. Artıq 8 gündür ərazidə hərəkət yolun digər istiqamətindəki işıqforla "tənzimlənir". Yolda hər gün onlarla qəza vəziyyəti yaranır. Bu gün isə ərazidə qəza baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə şahidləri deyirlər ki, işıqfor olmayan istiqamətdən gələn avtomobil yola çıxmağa çalışan digər avtomobillə toqquşub. Ərazidə yaşayan sakinlər ciddi etiraz edirlər. Yolun əks istiqamətində orta məktəb də yerləşir. Gün ərzində o yoldan yüzlərlə şagird istifadə edir. Bu günlər ərzində işıqforun yenidən qurulması üçün hər hansı iş görülməyib.
Bakı şəhərində işıqforların hərəkətini təşkil edən Bakı Nəqliyyat Agentliyindən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, küləyin uçurduğu işıqforun yerinin bərkidilməsi prosesi gedir(?). "Yaxın 2-3 günə orda işıqfor bərpa ediləcək" deyə agentliyin cavabında bildirilir.