“Nar” "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edir


“Nar” “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və ağır yaralanan qazilər üçün həyata keçirdiyi aksiyaya qoşulub.


Belə ki, müxtəlif şirkətlərin dəstəyi ilə reallaşan aksiya çərçivəsində şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılması nəzərdə tutulur. Məqsəd şəhid ailələri və qazilərin daima, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərinə dəstək olub. Müharibədən sonra həm şəhid ailələrinə, həm də qazilərə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu