Novruz tətilində vətəndaşlarımız bu ölkələrə səfər edəcəklər


Hər il olduğu kimi bu il də Novruz bayramı günlərində xaricə səfər etmək istəyən Azərbaycan vətəndaşları daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səyahətə üstünlük verirlər.


Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən bir çox ölkələr sərhədlərini hələ də açmadığına görə vətəndaşlarımızın səfər etmək üçün seçim etməli olduğu ölkələrin sayı məhduddur:

"Bayram münasibətilə Azərbaycanda 9 gün qeyri-iş günü elan olunub. Bu səbəbdən hər il olduğu kimi səyahət edən vətəndaşlarımız daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri istiqamətləri üzrə səfər etməyə üstünlük verirlər. Bu istiqamətlər son illər öz liderliyini qoruyub saxlayır. 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən vətəndaşlarımız səfər edə bilməsə də, bu il artıq bu istiqamətlərə COVİD-19 testi neqativ çıxan turistlərin səfər etməsi mümkündür. Birləşmiş Ərəb Əmirliklərində mart ayında havanın temperaturu mülayim isti olduğundan və Bakıdan birbaşa uçuşlar həyata keçirildiyindən bu istiqamət vətəndaşlarımızda hər zaman maraq doğurur. Ümid edirik ki, yaxın zamanlarda digər ölkələr də öz sərhədlərini turistlər üçün açacaq və vətəndaşlarımızın səfər etmə radiusu daha da genişlənəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu