“Azəriqaz”da yeni təyinatlar


“Azəriqaz”da baş direktorun satış və istismar üzrə müavini vəzifəsi bazasında baş direktorun satış üzrə müavini və baş direktorun istismar üzrə müavini vəzifələri yaradılıb.


Qurumdan verilən məlumata görə, baş direktorun satış üzrə müavini vəzifəsinə Rəşad Mübariz oğlu Cavadov, baş direktorun istismar üzrə müavini vəzifəsinə isə Cahid Əlisəf oğlu Hüseynov təyin ediliblər.

Cahid Hüseynov bu təyinata qədər baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb. Rəşad Cavadov isə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu